BAKI, 17 oktyabr. TELEQRAF
ABŞ prezidenti Donald Tramp hazırkı mərhələdə Vaşinqtonun Rusiyaya qarşı sanksiyaları sərtləşdirməsinə ehtiyac olmadığını bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə Rusiya prezidenti Vladimir Putinlə 16 oktyabrda baş tutan telefon danışığından sonra Ağ Evdə jurnalistlərə açıqlama verib.
“Mən heç nəyə qarşı deyiləm, sadəcə, düşünürəm ki, bəlkə də bu, ən uyğun vaxt deyil”, - Tramp deyib.
O, həmçinin qeyd edib ki, bu məsələ ilə bağlı qərar onun iradəsindən asılı olacaq.
Tramp ABŞ Senatındakı Respublikaçılar çoxluğunun lideri Con Tyun və Nümayəndələr Palatasının spikeri Mayk Consonla da bu mövzuda danışacağını vurğulayıb.