BAKI, 16 oktyabr. TELEQRAF
ABŞ maliyyə naziri Skott Bessent Vaşinqtonun Yaponiyadan Rusiyadan neft idxalını dayandıracağını gözlədiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, Yaponiyanın maliyyə naziri Katsunobu Kato ilə danışıqlar zamanı iki ölkə arasında iqtisadi əlaqələrin əsas məsələləri və Rusiyadan enerji daşıyıcılarının alınması məsələsi müzakirə olunub.
Bessent qeyd edib ki, ABŞ administrasiyası Tokiodan Rusiya enerji resurslarının idxalını dayandırmaq istiqamətində konkret addımlar gözləyir.