BAKI, 15 oktyabr. TELEQRAF

"Moskva Alyaska sammitinin nəticələri ilə bağlı Vaşinqtondan cavab gözləyir".

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov müsahibəsində bildirib:

"Moskva Alyaskada keçirilən sammitin nəticələri ilə bağlı ABŞ-dən hələ də konkret cavab gözləyir".

“Biz hələ də Alyaskadakı danışıqların nəticələrinə konkret reaksiya gözləyirik”, - deyə Lavrov əlavə edib.

Nazir əlavə edib ki, Rusiya həmin sammitin nəticələrinə sadiq qalır.