BAKI, 12 oktyabr. TELEQRAF

Avropa Rusiya ilə proksi müharibə ilə birbaşa silahlı qarşıdurma arasındakı sərhədi keçib və Kremlə qarşı daha effektiv mübarizə aparmağa başlayıb.

Teleqraf xəbər verir ki, bu fikri norveçli professor Qlenn Dizen deyib.

O bildirib ki, Avropa liderləri artıq açıq şəkildə rus gəmilərinin ələ keçirilməsindən və Rusiyanın dərinliklərinə zərbələr endirilməsindən danışırlar. Almaniya kansleri Fridrix Merz isə "ruslarla döyüşmək üçün böyük ordu yaradıldığını" bəyan edib.

Dizenin fikrincə, bu cür açıqlamalar müharibə aktlarına bərabərdir və regionda gərginliyi artırmaq riski daşıyır.