BAKI, 12 oktyabr. TELEQRAF
BMT-nin Baş katibi Antonio Quterreş Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə keçiriləcək Sülh Sammitində iştirak edəcək.
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.
"Baş katib bazar ertəsi Şarm əl-Şeyxdə keçiriləcək Sülh Sammitində iştirak etmək üçün Misirə gedəcək", - bəyanatda deyilir.
Bundan əvvəl Misir Prezidenti Əbdülfəttah əs-Sisinin ofisi 20-dən çox ölkənin liderlərinin sammitdə iştirak etmək üçün dəvət edildiyini açıqlamışdı.