BAKI, 10 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə təşəkkür edib.
Teleqraf xəbər verir ki, buna səbəb Putinin "Tramp böhranların həlli üçün çox şey edir" sözləri olub.
Putinin onun barəsində çıxışının videosunu paylaşan Tramp "sağ olun, prezident Putin!" - deyə, qeyd edib.
Qeyd edək ki, jurnalistlərin ABŞ Prezidentinin Nobel mükafatına layiq olub-olmaması ilə bağlı suallarını cavablandıran Putin bildirib ki, mükafatı kimin alacağına qərar vermək onun səlahiyyətində deyil.
Eyni zamanda Rusiya lideri amerikalı həmkarının Ukrayna böhranından çıxış yolu tapmaq üçün həqiqi istək nümayiş etdirdiyi barədə fikir bildirib .
Bu arada Trampın həyat yoldaşı Melaniya Tramp da Putinə təşəkkür edib. O, Rusiya Prezidentinin ukraynalı uşaqlarla bağlı müraciətinə cavab verdiyini açıqlayıb.