BAKI, 7 oktyabr. TELEQRAF
Avropa İttifaqı Rusiyanın diplomatik nümayəndələrinin Avropa ölkələri daxilində hərəkətinə məhdudiyyətlər tətbiq etməyə hazırlaşır.
Teleqraf xəbər verir ki, bu barədə "inancial Times" qəzeti məlumat yayıb.
Bildirilir ki, bu qərar artan casusluq şübhələri ilə əlaqədardır.
Yeni qaydalara əsasən, Aİ paytaxtlarında çalışan rusiyalı diplomatlar başqa üzv ölkəyə səfər etməzdən əvvəl həmin dövlətin hökumətini öncədən məlumatlandırmalı olacaqlar.