BAKI, 3 oktyabr. TELEQRAF
Avropa İttifaqı (Aİ) Rusiyadan olan 47 fiziki və 15 hüquqi şəxsə qarşı sanksiyaları bir il müddətinə uzadıb.
Teleqraf xəbər verir ki, bu barədə Aİ-nin bəyanatında deyilir.
Bildirilib ki, Aİ Rusiyanın davam edən hibrid fəaliyyəti ilə bağlı tətbiq etdiyi məhdudiyyətlərin müddətini 9 oktyabr 2026-cı ilədək uzadıb.
Qeyd edilir ki, bu sanksiya mexanizminə Rusiya aktivlərinin bloklanması da daxildir.