BAKI, 3 oktyabr. TELEQRAF
Rusiya Orenburq vilayətinin Orsk şəhərində yerləşən "Orsknefteorgsintez" neft emalı zavodu pilotsuz təyyarə dronları ilə hücuma məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə "Astra" məlumat yayıb.
Bildirilir ki, hadisə Ukrayna sərhədindən təxminən 1400 km məsafədə baş verib.
İlkin məlumatlara görə, ən azı 2 dron şəhər daxilində düşüb və siqnal xəbərdarlığı səsləri eşidilib. Zavodda evakuasiya prosesi aparılır.