BAKI, 2 oktyabr. TELEQRAF
Ekvadorda dizel yanacağına subsidiya ləğvinə qarşı keçirilən etirazlar zamanı girov götürülən 17 hərbçi azad olunub.
Teleqraf xəbər verir ki, bu barədə TASS ölkənin Silahlı Qüvvələrinə istinadla məlumat yayıb.
Bildirilib ki, azad edilən əsgərlər hazırda Kito şəhərindəki hərbi hospitalda tibbi müayinədən keçirilir.
Silahlı Qüvvələr məsələ ilə bağlı istintaqın aparılacağına və günahkarların müəyyən edilərək cəzalandırılacağına ümid etdiyini açıqlayıb.
Xatırladaq ki, sentyabrın 30-da Kotakaçi şəhəri yaxınlığında ərzaq daşıyan konvoya hücum edilib, nəticədə 12 hərbçi yaralanıb, 17 nəfər isə etirazçılar tərəfindən girov götürülüb.