BAKI, 30 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp bu gün Ağ Evin Oval Kabinetindən bəyanatla çıxış edəcək.
Teleqraf xəbər verir ki, dövlət başçısının planlaşdırılmış bəyanatının mövzusu açıqlanmır.
“11:00 (Bakı vaxtı ilə 19:00 - red.) Prezident bəyanatla çıxış edəcək”, - Vaşinqton administrasiyası rəhbərinin mətbuat xidməti tərəfindən yayımlanan iş qrafikində qeyd olunur.
Qrafikə görə, Tramp bunu ölkənin müdafiə naziri Pit Heqset və yüzlərlə amerikalı general və admiralın iştirakı ilə Kuantikoda (Virciniya ştatı) keçiriləcək görüşdən Ağ Evə qayıtdıqdan dərhal sonra edəcək.