BAKI, 30 sentyabr. TELEQRAF

Pentaqon podratçıları qısa müddətdə raket istehsalı həcmini ən azı iki dəfə artırmağa çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.

Bu tələb Çinlə münaqişə halında silah ehtiyatlarının azlığından, həmçinin Ukraynaya hərbi yardım və ABŞ-nin 12 günlük İsrail-İran müharibəsində iştirakı fonunda səslənib.

Bununla belə, nəşrin məlumatına görə, ayrı-ayrı raketlərin tam şəkildə yığılması iki il çəkə bilər. Bundan başqa, yeni təchizatçılardan alınan silahların sınaqdan keçirilməsi və sertifikatlaşdırılması bir neçə ay və yüz milyonlarla dollar tələb edə bilər.