BAKI, 25 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp oktyabrın sonunda Yaponiyaya səfər edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Yaponiyanın "Kyodo" agentliyi hökumətdəki mənbələrinə istinadla məlumat yayıb.
Bildirilir ki, səfərin dəqiq tarixləri hazırda razılaşdırılır.
Donald Tramp səfəri zamanı Cənubi Koreyaya gedərək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitində iştirak edəcək.
Qeyd edək ki, sammit oktyabrın 31-dən noyabrın 1-dək keçiriləcək.