BAKI, 23 sentyabr. TELEQRAF

İsrail hökuməti Qəzza zolağında hərbi əməliyyatları davam etdirir və girovların azad edilməsi ideyasından faktiki olaraq imtina edərək gərginliyi artırır.

Teleqraf xəbər verir ki, bunu Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı deyib.

"İsrail son məqsəd kimi girovların azad edilməsini göstərərək ictimai rəyini aldatmağa çalışır. İsrail hökuməti faktiki olaraq girovları azad etmək fikrindən əl çəkir, maraqlı deyillər. Əsl məqsəd Qəzzanı yaşamaq üçün yararsız bir yerə çevirməkdir. Bu gün orada təhsil almaq və ya tibbi yardım almaq mümkün deyil", - əmir bildirib.