BAKI, 23 sentyabr. TELEQRAF

Vaşinqton Ukrayna münaqişəsinə son qoymasa, Rusiyaya “ciddi tariflər” tətbiq etməyə hazırdır.

Teleqraf “Associated Press”ə (AP) istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasındakı çıxışında bildirib.

“Birləşmiş Ştatlar Rusiyaya qarşı ciddi tariflərin çox güclü raundunu tətbiq etməyə tam hazırdır. “Əgər Rusiya müharibəni bitirmək üçün razılaşma imzalamağa hazır deyilsə, ABŞ tam gücü ilə ciddi gömrük rüsumları tətbiq etməyə hazırdır. Mən hesab edirəm ki, bu, qan tökülməsini tez bir zamanda dayandıracaq. Lakin bu tədbirlərin təsirli olması üçün Avropa ölkələri bu tədbirlərə qoşulmalıdır,” – deyə Tramp bildirib” - Amerika lideri qeyd edib.