BAKI, 23 sentyabr. TELEQRAF
Fələstin dövləti Birləşmiş Millətlər Təşkilatına (BMT) tamhüquqlu üzv olmalıdır.
Teleqraf xəbər verir ki, bu çağırışla İspaniyanın Baş naziri Pedro Sançes Nyu-Yorkda Fələstinə həsr olunmuş konfransda çıxışı zamanı bildirib.
“Bu konfrans dönüş nöqtəsidir, lakin bu, yolun sonu deyil. Bu, yalnız başlanğıcdır. Fələstin dövləti BMT-yə tamhüquqlu üzv olmalıdır”, - Sançes söyləyib.