BAKI, 20 sentyabr. TELEQRAF
ABŞ ordusu beynəlxalq sularda narkotik daşınması üçün istifadə olunan və göyərtəsində üç nəfərin olduğu gəmini məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
Tramp bildirib ki, onun əmri ilə Pentaqon narkotik daşınması üçün istifadə olunan və terror təşkilatı ilə əlaqəli gəmiyə zərbə endirib.
“Zərbə zamanı beynəlxalq sularda üzən qayığın göyərtəsində olan üç narkoterrorçu öldürülüb”, - Tramp əlavə edib.
O, gəminin məhv edilməsini əks etdirən videogörüntüləri paylaşıb.