BAKI, 10 sentyabr. TELEQRAF

Yaponiya Rusiyadakı islahatları dəstəkləyən altı texniki yardım mərkəzinin hamısını bağlamaq qərarına gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yoşimasa Hayaşi bildirib.

Onun sözlərinə görə, səbəb Rusiyadakı vəziyyətin dəyişməsi və Tokio ilə Moskva arasında münasibətlərin pisləşməsidir.

"Yapon mərkəzləri 1994-cü ildən fəaliyyət göstərirdi. Onların əsas məqsədi Rusiyada sosial-iqtisadi islahatlara dəstək vermək idi. Yeni şərait səbəbindən Tokio onların fəaliyyətini dayandırmaq qərarına gəlib",- ölkə rəsmisi qeyd edib.