BAKI, 26 avqust. TELEQRAF
Hindistanda Uttar-Pradeş ştatının Sitatur rayonunda pələng ilk dəfə bir insanı parçalayıb.
Teleqraf “The Times of India” nəşrinə istinadən xəbər verir ki, hücum axşam saatlarında Narni Katiqhara kəndində baş verib.
21 yaşlı hindistanlı gənc oğlan şəkər plantasiyasında işləyərkən, vəhşi heyvanın hücumuna məruz qalıb. Pələng gənci parçalayıb, sonra ayağını yeyib.
Hücum yerli xəstəxanadan cəmi 200 metr aralıda baş versə də, ölənin qalıqları tapılana qədər heç kim bunu hiss etməyib. Yırtıcının cinsi və yaşı hələ müəyyən edilməyib.
Xəbərdə bildirilir ki, bu ərazidə əvvəllər pələnglərin insanlara qarşı ölümcül hücumu olmayıb.