BAKI, 23 avqust. TELEQRAF
Rusiya ordusu Ukraynanın Kramatorsk şəhərinə dronlarla hücum edib.
Teleqraf xəbər verir ki, bu barədə şəhər rəhbərliyi Teleqramda məlumat yayıb.
“Rusiya ordusunun 22.08.2025-ci il saat 21:47-dən 22:59-dək həyata keçirdiyi hücumlar nəticəsində Kramatorskda otuzdan çox partlayış səsi eşidilib", - məlumatda deyilir.
Bundan başqa, ölkənin Çerniqov, Sumı və Donetsk vilayətlərində PUA-ların hərəkəti qeydə alınıb.