BAKI, 23 avqust. TELEQRAF

Rusiyanın Krasnodar diyarının Abinsk şəhərində, İlski və Afipski qəsəbələrində bir neçə partlayış baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Teleqram kanalları məlumat yayıb.

İlkin məlumatlara görə, bölgədə hava hücumundan müdafiə sistemi işləyir.

Yerli sakinlər yaşayış məntəqələri üzərində təxminən on partlayışın baş verdiyini bildiriblər. Onların sözlərinə görə, güclü partlayışlar səbəbindən avtomobillərin siqnalizasiyaları işə düşüb və evlərin divarları titrəyib. Şahidlər həmçinin Ukrayna pilotsuz uçuş aparatlarının uçduğunu eşidiblər.

Zərərçəkənlər və ya dağıntılar barədə hələlik rəsmi məlumat verilmir.