BAKI, 15 avqust. TELEQRAF
Ukrayna məsələsində tərəflər razılığa gəlməsələr, ABŞ Rusiya üzərinə ciddi iqtisadi sanksiyalar tətbiq edəcək.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Donald Tramp deyib ki, razılaşma əldə olunmasa, Rusiyaya tətbiq olunacaq sanksiyalar iqtisadi baxımdan çox sərt olacaq.
"Bunu şəxsi maraqlarım üçün etmirəm, məqsədim insanların həyatını xilas etməkdir".