BAKI, 25 iyul. TELEQRAF
Xilasedicilər Rusiyanın Saratov şəhərində 10 mərtəbəli yaşayış binasında baş verən partlayışdan sonra uçqun altından yeddinci cəsədi çıxarıblar.
Teleqraf xəbər verir ki, bu barədə yerli “Telegram” kanalları məlumat yayıb.
Uçmuş beton plitələrin altında hələ də dörd nəfərin, o cümlədən dörd yaşlı uşağın qaldığı güman edilir. Hələlik onlar itkin düşmüş hesab olunurlar.
Qeyd edək ki, qaz sızması səbəbindən baş vermiş partlayış nəticəsində binanın 30 mənzili dağılıb.
***
13:00
Rusiyanın Saratov şəhərində 10 mərtəbəli yaşayış binasının girişində partlayış baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində üç nəfər həyatını itirib.
Qeyd edilib ki, partlayışın ilkin səbəbi qaz sızmasıdır.