BAKI, 25 iyul. TELEQRAF

Amerika lideri Donald Tramp ABŞ və Avropa İttifaqı arasında ticarət danışıqlarının gedişini yüksək qiymətləndirib.

Teleqraf xəbər verir ki, o, Vaşinqtonda jurnalistlərə açıqlamasında belə deyib.

ABŞ Prezidenti bildirib: “Yaponiya ilə ticarət sazişi bağlanılıb. Tokio Amerika iqtisadiyyatına 550 milyard dollar sərmayə qoyacaq. Bu, ABŞ-yə Yaponiyaya tarifləri 15 faizə endirməyə imkan verəcək.

Avropa İttifaqı ilə də işlər yaxşı gedir, başqa mümkün sövdələşmələr var. Ölkəmiz çoxlu pul qazanacaq".