BAKI, 14 iyul. TELEQRAF

Pentaqon rəhbəri Pit Heqset Ukraynaya hərbi yardımın dayandırılması barədə qərarı siyasi məsələlər üzrə müavini Elbric Kolbidən xidməti məktub aldıqdan sonra qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumat yayıb.

İddia olunur ki, məktubda Kolbi Ukraynanın silah tədarükü ilə bağlı sorğularının Pentaqonun ehtiyatlarını tükəndirə biləcəyini təsvir edib. Sənəddə hər hansı tövsiyələr əks olunmasa da, o, Heqsetin Ukraynaya silah tədarükünün dayandırılması ilə bağlı qərarına təsir göstərib.

Xüsusilə, WSJ yazır ki, Kolbi ABŞ-nin Çinə qarşı mübarizəyə diqqət yetirməli olduğu fikrindədir.

“NBC News” telekanalı mənbələrə istinadən bildirib ki, ABŞ-nin müdafiə naziri Pit Heqset Ukraynaya hərbi yardım tədarükünün dayandırılması barədə qərarı birtərəfli qaydada qəbul edib.