BAKI, 11 iyul. TELEQRAF

Beşinci "Ukraynanın bərpası konfransı"nın keçiriləcəyi vaxt və ölkə məlum olub.

Teleqraf xəbər verir ki, bu barədə Estoniyanın Baş naziri Kristen Mixal məlumat verib.

O bildirib ki, konfrans 2027-ci ildə ölkəsinin paytaxtı Tallində keçiriləcək.

"Hökumətləri, biznesmenləri və vətəndaş cəmiyyəti nümayəndələrini bizə qoşulmağa və Ukraynanın gələcəyini dəstəkləməyə dəvət edirik", - deyə baş nazir yerli dövlət televiziyasına açıqlamasında deyib.

Qeyd edək ki, IV konfrans iyulun 10-11-də Romada baş tutub.