BAKI, 11 iyul. TELEQRAF

Cənubi Koreya, ABŞ və Yaponiya silahlı qüvvələri Amerikanın “B-52H” strateji bombardmançı təyyarəsinin iştirakı ilə aviasiya təlimləri keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyinə istinadən “Yonhap” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, manevrlər Cənubi Koreyanın Ceju adasının cənubunda baş tutub.

Təlimin səbəbi strateji bombardmançı təyyarənin yerləşdirilməsi olub.