BAKI, 11 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Rusiya ilə bağlı vacib açıqlama verəcəyini açıqlayıb.

Teleqraf NBC News-a istinadla xəbər verir ki, prezident anons etdiyi açıqlamanın məzmunu barədə danışmayıb.

O vurğulayıb: "Rusiya barəsində məyus oldum, amma yaxın bir neçə həftə ərzində nə baş verəcəyini görəcəyik. Düşünürəm ki, bazar ertəsi Rusiya ilə bağlı əsas açıqlama verəcəyəm".

Bundan əvvəl Tramp Moskvaya qarşı gələcək hərəkətləri şərh edərkən Rusiyaya “kiçik sürpriz” edəcəyini qeyd etmişdi.