
BAKI, 6 iyul. TELEQRAF
İranda İsraillə münaqişənin açıq mərhələsində 6000-dən çox adam ölüb və ya yaralanıb.
Teleqraf xəbər verir ki, bunu islam respublikasının xarici işlər naziri Abbas Əraqçi bildirib.
İyunun 13-ü gecə saatlarında İsrailin raket zərbələri ilə İranı hədəf alması qarşılıqlı hücumlarla müşayiət olunan müharibəyə sonradan ABŞ də qoşulub. İyunun 24-də isə hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunub.