BAKI, 9 iyun. TELEQRAF
NATO-nun Baş katibi Mark Rutte Böyük Britaniyada keçirilən konfransda çıxışı zamanı NATO-nun 3-5 il ərzində Rusiya ilə münaqişəyə hazırlaşmaq niyyətində olduğunu deyib.
Teleqraf xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
"Rusiya bütün NATO ölkələrinin birlikdə istehsal etdiyi sursatdan 4 dəfə çox sursat istehsal edir, baxmayaraq ki, onun iqtisadiyyatı bütün NATO ölkələrinin iqtisadiyyatından 25 dəfə kiçikdir. Hər hansı bir münaqişənin əsasını döyüş sursatları təşkil edir. Əgər sursatınız yoxdursa, işə başlamayın", - Rutte bildirib.
Ruttenin sözlərinə görə, Rusiya hazırda NATO-ya hücum edə bilməz, lakin bunu 3-5 il ərzində edə biləcək.
O, NATO ölkələrini hava hücumundan müdafiə sistemlərinin sayını 5 dəfə çoxaltmaq, tankların, zərbə sistemlərinin, pilotsuz uçuş aparatlarının istehsalını artırmaq və xeyli sursat ehtiyatı yaratmaqla buna hazırlaşmağa çağırıb.