BAKI, 9 iyun. TELEQRAF
NATO-nun Baş katibi Mark Rutte Alyansın hava hücumundan müdafiə imkanlarının 400% artırılmasının vacibliyini vurğulayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
"Ukraynada Rusiyanın hava hücumları vasitəsilə qorxu yaratdığını müşahidə edirik. Buna görə də hava məkanımızı qoruyan müdafiə qalxanını ciddi şəkildə gücləndirməliyik", – Mark Rutte bildirib.
Onun sözlərinə görə, alyans kollektiv müdafiə sahəsində keyfiyyətcə yeni mərhələyə keçməli, bunun üçün isə əlavə qüvvə və imkanların səfərbər olunması vacibdir: "Müdafiə planlarımızı tam şəkildə həyata keçirmək üçün daha çox resursa ehtiyacımız var. Unutmaq olmaz ki, təhlükə Ukraynadakı müharibə başa çatdıqdan sonra da aradan qalxmayacaq".