BAKI, 31 may. TELEQRAF

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp ABŞ-yə polad idxalına tətbiq olunan rüsumları 50%-ə çatdırıb.

Teleqraf xəbər verir ki, bunu o, Pensilvaniyada “US Steel” şirkətinin zavodunda çıxışı zamanı bildirib.

"Biz 25 faizlik artım tətbiq etməyə hazırlaşırıq. Biz ABŞ-də polad rüsumlarını 25%-dən 50%-dək artıracağıq ki, bu da ölkənin polad sənayesini daha da gücləndirəcək", - Tramp bildirib.

Trampın bəyanatı Yaponiya ilə milyardlarla dollar dəyərində investisiyaları və Pensilvaniyada yerləşən polad müəssisəsi üzərində ABŞ-nin nəzarətinin saxlanılmasını nəzərdə tutan sazişin imzalanması fonunda səslənib.