BAKI, 19 may. TELEQRAF
HƏMAS İsrail tərəfi ilə iki aylıq atəşkəs müqabilində Qəzza zolağında saxlanılan 7-9 girovun azad olunmasına razılıq verdiyi barədə yayılan məlumatları təkzib edib.
Teleqraf xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Sami Əbu Zühri açıqlama verib.
Onun sözlərinə görə, HƏMAS-ın bir neçə girovu iki aylıq atəşkəs müqabilində azad etməyə razılaşdığı barədə xəbərlər əsassızdır.
HƏMAS rəsmisi əlavə edib ki, İsrail hakimiyyəti bu cür yalan məlumatlar yaymaqla ictimaiyyəti çaşdırmağa çalışır.