BAKI, 18 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin Ukraynanın taleyini Volodimir Zelenskinin başı üzərindən həll etməməlidirlər.

Teleqraf “The Guardian”a istinadən xəbər verir ki, Finlandiya Prezidenti Aleksandr Stubb ABŞ-li həmkarı ilə söhbətdən sonra bu bəyanatla çıxış edib.

Tramp və Putin arasında mayın 19-da baş tutacaq telefon danışığına toxunan Stubb söhbətin qənaətbəxş olmayacağı təqdirdə, gələn həftə Konqresə Rusiyaya qarşı “dağıdıcı” sanksiyalar paketinin təqdim ediləcəyini deyib.

"Zelenski səbirlidir, Trampın isə Rusiyaya qarşı səbri tükənməkdədir", - Finlandiya prezidenti bildirib.