BAKI, 17 may. TELEQRAF
Rusiya mümkün atəşkəslə bağlı öz şərtlərini hazırlayıb qarşı tərəfə təqdim edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Peskov bildirib ki, Rusiya və Ukrayna atəşkəs üçün qarşılıqlı şərtlər siyahıları ilə müzakirə aparmaq barədə razılığa gəliblər.
“Hazırda bu istiqamətdə iş davam edir. Rusiya tərəfi şərtlər siyahısını hazırlayacaq və Ukrayna tərəfinə təqdim edəcək. Siyahıda konkret nələrin olacağı barədə indidən danışmaq düzgün deyil, çünki danışıqlar qapalı şəkildə aparılır,” – o qeyd edib.