BAKI, 15 may. TELEQRAF
Türkiyə Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putinin görüşünü təşkil etməyə hazırdır.
Teleqraf xəbər verir ki, bunu Ankarada ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündən sonra Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan deyib.
Prezident sülh və diplomatik həll üçün Türkiyənin vasitəçi rolunu oynamağa davam edəcəyini və tərəflər arasında dialoqun bərpa edilməsinin vacibliyini vurğulayıb.