BAKI, 15 may. TELEQRAF
Türkiyə və Ukrayna Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Volodimir Zelenski arasında Ankarada keçirilən görüş başa çatıb.
Teleqraf xəbər verir ki, görüş üç saata yaxın davam edib.
***
14:27
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenskiylə təkbətək görüşü başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Görüşün bir saat davam edəcəyi gözlənilir. Verilən məlumata görə, təkbətək görüşdən sonra mətbuat konfransının keçirilməsi nəzərdə tutulmur. Təkbətək görüşdən sonra geniştərkibli görüşün keçiriləcəyi bildirilir.

