
BAKI, 12 may. TELEQRAF
Ümid edirik ki, bu xeyli gecikmiş azadedilmə dəhşətli müharibənin sonunun başlanğıcı olacaq.
Teleqraf “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi “X” platformasındakı hesabında yazıb.
“ABŞ-li İdan Aleksandr nəhayət evinə qayıdır. ABŞ Prezidentinin də dediyi kimi, ümid edirik ki, bu xeyli gecikmiş azadedilmə dəhşətli müharibənin sonunun başlanğıcı olacaq. Baş verən ölüm və əzablara görə yalnız HƏMAS məsuliyyət daşıyır. Biz qalan girovların da dərhal azad edilməsini tələb edirik”, - paylaşımda deyilir.