BAKI, 4 may. TELEQRAF

Polşa Baltik regionunda yeni hərbi əməliyyatlara başladığını elan edib.

Teleqraf Polşa Mətbuat Agentliyinə istinadən xəbər verir ki, bu barədə Polşanın Müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.

O, ölkəsinin bu addımının Rusiyanın son təxribatlarına cavab olduğunu bildirib.