BAKI, 2 may. TELEQRAF

ABŞ Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq.

Teleqraf "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Temmi Bryus bildirib.

Onun sözlərinə görə, Moskva və Kiyev arasında birbaşa danışıqların vaxtı çatıb: “Bizim bu məsələyə yanaşma tərzimiz və metodumuz dəyişir. Biz vasitəçi olmayacağıq. Bu, indi iki tərəf arasında görülməli olan bir işdir. Bunun vaxtıdır.

Birləşmiş Ştatlar hələ də sülhün əldə edilməsinə kömək etmək üçün əlindən gələn hər şeyi edəcək. Lakin münaqişənin nəticəsi indi Ukrayna və Rusiyadan konkret ideyaların işlənib hazırlanmasını tələb edir. Dünyanın başqa hissələri, bütün yer kürəsi var. Onlar da bizim diqqətimizi tələb edir".