BAKI, 29 aprel. TELEQRAF
“Avropa ölkələri hərbi yardımı artırdığı üçün Ukrayna hazırda yaxşı vəziyyətdədir”.
Teleqraf xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq “Fox News”a müsahibəsində deyib.
K.Kelloq Ukraynanın hərbi gücü ilə bağlı sualı cavablandırmaqdan yayınıb: "Baxın, ukraynalılar öz torpaqlarında vuruşurlar. Rusiya bu müharibədə qalib gəlmir, çünki cəbhə xəttində metrlərlə irəliləyir”.
Qeyd edək ki, Kelloq Trampın Ukraynada ən azı 30 günlük atəşkəs əldə etmək istədiyini bəyan edib. Onun sözlərinə görə, hazırda bu məsələ Rusiyadan asılıdır.