
BAKI, 28 aprel. TELEQRAF
Səudiyyə Ərəbistanı və Qətər Suriyanın Dünya Bankına olan borcunu ödəməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə SPA agentliyi iki ölkənin birgə bəyanatına istinadən məlumat yayıb.
Məlumata görə, iki ərəb ölkəsi Suriyanın təxminən 15 milyon dollarlıq borcunu ödəyəcək.
Borcun ödənilməsi Dünya Bankına Suriyaya dəstəyini davam etdirməyə imkan verəcək.