BAKI, 24 aprel. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqların yalnız döyüşlər dayandıqdan sonra mümkün olacağını bildirib.
Teleqraf xəbər verir ki, o , müharibə davam edərkən münaqişənin şərtlərini müzakirə etməyin düzgün olmadığını vurğulayıb.
"Barış danışıqları yalnız hərbi mövqelər, ərazi və təhlükəsizlik məsələləri nəzərə alınaraq aparıla bilər. Ancaq Rusiya Kiyevi hədəf almağa davam edərsə, Kiyevdən müəyyən şərtləri qəbul etməsini tələb etmək düzgün olmaz",- o qeyd edib.