BAKI, 24 aprel. TELEQRAF

Azərbaycan münaqişənin ilk günündən Ukraynanı dəstəkləyir.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandaki səfiri Yuriy Qusev bildirib.

Səfir Azərbaycanın münaqişənin həllində Azərbaycanın rolundan danışıb: "Azərbaycanın davamlı dəstəyi sayəsində biz beynəlxalq hüquq normalarına və prinsiplərinə sadiqliyi, humanitar təşəbbüsləri yüksək qiymətləndiririk. Bu, qlobal çağırışlara məsuliyyətli yanaşmanın nümunəsi və diplomatiyanın həqiqi mahiyyətinin ifadəsidir".

Y.Qusev Ukraynanın ərazi bütövlüyünü və suverenliyini mövqeyini dəstəklədiyinə, tammiqyaslı Rusiya işğalının ilk günlərindən başlayaraq xalqımıza göstərilən humanitar yardıma görə Azərbaycan rəhbərliyinə və xalqına xüsusi minnətdarlığını ifadə edib: "Bu həmrəylik və yardımlar bizim üçün böyük əhəmiyyət daşıyır".