BAKI, 23 aprel. TELEQRAF
ABŞ Kolumbiya Prezidenti Qustavo Petronun vizasını ləğv edib.
Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısı rəsmi tədbir zamanı məlumat verib.
"Mən indi ABŞ-yə gedə bilmirəm, çünki düşünürəm ki, vizam ləğv edilib. Buna ehtiyac yox idi, amma eybi yoxdur", - Kolumbiya prezidenti deyib.
Kolumbiya Xarici İşlər Nazirliyi isə Petronun vizasının ləğv edilmədiyini bildirib. Departamentin məlumatına görə, “deportasiya edilmiş kolumbiyalıları daşıyan təyyarənin geri qaytarılması ilə bağlı yaranan gərginlik fonunda ABŞ Prezidenti Donald Trampın elan etdiyi sanksiyalarla bağlı anlaşılmazlıq” yaranıb.