BAKI, 20 aprel. TELEQRAF

"Gələn həftə İran və ABŞ arasında danışıqların daha bir raundu Cenevrədə, bir həftə sonra isə Omanda davam etdiriləcək".

Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ və İran arasında ilk rəsmi danışıqların Cenevrədə keçirilməsi planlaşdırılır.

“Növbəti rəsmi danışıqlar Cenevrədə, ardınca gələn həftə sonu Omanda yüksək səviyyəli daha bir diplomatik görüş keçiriləcək", - məqalədə deyilir.