BAKI, 19 aprel. TELEQRAF

HƏMAS İsrailin atəşkəslə bağlı son təklifini rəsmən rədd edib.

Teleqraf xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Təşkilat müharibənin dayandırılması və fələstinli məhbusların azad olunması müqabilində qalan bütün girovların azad edilməsinə dair danışıqlara hazır olduğunu açıqlayıb.

“Netanyahunun siyasi gündəminə xidmət edən razılaşmaları qəbul etməyəcəyik”, - qruplaşma bildirib.

Xatırladaq ki, İsrailin son təklifi 10 girovun azad edilməsi qarşılığında 45 günlük atəşkəsi nəzərdə tuturdu.

HƏMAS-ın bu açıqlamasından sonra İsrailin maliyyə naziri Bezalel Smotriç “cəhənnəm qapılarını açmağın zamanı çatdı” mesajını paylaşıb.