BAKI, 19 aprel. TELEQRAF

İsrail yaxın aylarda İranın nüvə obyektlərinə məhdud zərbələr endirmə ehtimalını istisna etmir.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, İsrail ABŞ-yə hava zərbələri və xüsusi əməliyyatlar daxil olmaqla bir neçə hücum ssenarisi təqdim edib.

Zərbələrin 2025-ci il yazın sonlarında və ya yay aylarında həyata keçirilə biləcəyi ehtimal olunur.

Məqsəd isə Tehranı bir neçə ay və ya il ərzində atom enerjisindən hərbi məqsədlərlə istifadə imkanından məhrum etməkdir.

Qeyd edək ki, aprelin 17-də “The New York Times” nəşri İsrailin bu ilin may ayında İranın nüvə obyektlərinə zərbə endirmək niyyətində olduğunu, lakin ABŞ Prezidenti Donald Trampın bu addımı dəstəkləməməsi səbəbilə bundan imtina etdiyini yazıb.