BAKI, 18 aprel. TELEQRAF

Rusiya və İran sanksiyaların təsirini sıfıra endirməkdə qərarlıdır.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada iranlı həmkarı Abbas Əraqçi ilə keçirdiyi görüşdən sonra bildirib.

Onun sözlərinə görə, Moskva və Tehran beynəlxalq hüquqa zidd olan sanksiyaların təsirini minimuma endirmək və nəticə etibarilə sıfıra çatdırmaq əzmindədir.

"Biz bu qanunsuz sanksiyaların təsirini azaltmaq və sıfıra endirmək üçün ikitərəfli əməkdaşlığı davam etdirəcəyik. Bu məqsədə nail ola biləcəyimizə tam əminik", - Lavrov vurğulayıb.