
BAKI, 13 aprel. TELEQRAF
İsrail Müdafiə Qüvvələri Qəzza zolağının Deyr əl-Bələh bölgəsində HƏMAS hərəkatının snayper bölməsinin komandir müavini Ubaidə Naim əl-Hədhud Musanı öldürüb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat katibi məlumat yayıb.
Bildirilir ki, terrorçu öz avtomobilində öldürülüb.